Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 2022-ci ilin sentyabrında keçirdiyi Transformasiyalı Təhsil Sammitində (TES) təhsildə qlobal problemlər, inklüzivlik, keyfiyyət, uyğunluq, təhsildə davamlılıq kimi məsələlər yenidən gündəmə gətirildi. Forumda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin IV kurs tələbəsi Əhmədağa Babaşov da iştirak edib. Bu prosesin davamı olaraq 23 avqustda UNESCO SDG4 Gənclik və Tələbə Şəbəkəsinin təşkilatçılığı ilə Gənclər və Tələbə Formu keçirildi.
Forumda təhsilin təbliği ilə bağlı tələbə və gənclərin çıxışları dinlənildi, müxtəlif təkliflər irəli sürüldü.