Bu gün 19 iyul 2023-cü il tarixdə ADPU-nun Beynəlxalq Əlaqələr üzrə Prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən, filologiya elmləri doktoru, professor Mahirə Nağı qızı Hüseynova və ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müdiri, dosent Könül Səmədəova Azərbaycan Milli Elmlər Akademiyasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfransda iştirak etmişdilər. “Heydər Əliyevin dil siyasəti və ana dilinin müasir problemləri” adlı konfransda professor Mahirə Hüseynovanın Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Missiya” kitabı da təqdim olunmuşdur. Qeyd edək ki, professor Mahirə Hüseynova konfransa fəxri qonaq olaraq dəvət olunmuşdur.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur