18 may 2023-cü il tarixində Filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının iclasında Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası ixtisası üzrə 6 magistrant və İbtidai sinifdə tədrisin metodikası və metodologiyası ixtisası üzrə 2 magistrantın elmi-tədqiqat işlərinin ilkin müzakirəsi keçirilmişdir. Müzakirədə Filologiya fakültəsinin Elmi işlər üzrə dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Könül Həsənova və Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının professor-müəllim heyəti iştirak etdilər.

Magistrantlar  kafedranın professor-müəllim heyətinin tövsiyələrini dinləmiş, açıq müdafiəyə buraxılmışlar. Müzakirənin sonunda Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının müdiri dosent Sevda Abbasova elmi rəhbərlərə təşəkkürünü bildirdi, magistrantları təbrik edərək onlara müvəfəqiyyətlər arzuladı.


© 2025Filologiya.az. Bütün Hüquqlar qorunur