18 may 2023-cü il tarixdə Özbəkistanın Ürgənc Dövlət Pedaqoji Universiteti ilə ADPU Filologiya fakültəsi arasında əməkdaşlıq Memorandomu imzalanmışdır. Memorondumu Beynəlxalq Əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynova imzalamışdır. Ürgənc universitetinin əməkdaşları Sabirana Nasiba Ergashenre, Odilon Zafer Yunus oğlu, Atajamova Anargul və AMEA Qafqazşünaslıq İnstitutu, BZT Akademiyası, Mərkəzi və Orta Asiya Azərbaycan üzrə məsul şəxs Babayeva–Şükürova Fərahilə qarşılıqlı əməkdaşlıq işlərindən danışmış, fakültənin professor-müəllim heyəti, Türkoloji Mərkəzin əməkdaşları ilə iş təcrübələrini bölüşmüşlər.

         Memorandumun imzalanması mərasiminin sonunda özbək qonaqlara professor Mahirə Hüseynovanın kitabları hədiyyə edilmişdir.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur