Mehdiyeva Lyudmila Məmməd qızı 1946-cı il 20 sentyabrda Ağstafa rayonu, Yenigün kəndində müəllim ailəsində anadan olmuşdur. 1963-cü ildə M.F.Axundov adına Xarici Dillər İnstitutuna daxil olmuş və 1968-ci ildə bu institutu müvəffəqiyyətlə bitirmişdir. 1969-1970-ci tədris ilində Xalq Təsərrüfatı İnstitutunda saathesabı müəllim işləmişdir. 1970-1971-ci tədris ilində müsabiqə yolu ilə V.İ.Lenin adına APİ - nin Xarici Dillər kafedrasına fransız dili müəllimi təyin olunmuşdur. Həmin ildən bəri fasiləsiz olaraq müəllim və baş müəllim vəzifəsində çalışmışdır. Bu illər ərzində müəllimə dərs dediyi fənlər üzrə proqramlar, “Fransız dili” adlı dərs vəsaiti, çox sayda elmi məqalələr yazmışdır. Lyudmila xanım iş yoldaşlarına və tələbələrinə hörmətlə yanaşmış, onları sevmiş, və sevilmişdir. Mehdiyeva Lyudmila ömrünün 77-ci ilində 55 illik müəllimlik təcrübəsi ilə hər zaman nümunəvi müəllim olmuşdur. 2022-2023-cü tədris ilində Xarici Dillər Mərkəzinin baş müəllimi Mehdiyeva Lyudmila öz istəyi ilə təqaüdə çıxmışdır. Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Mahirə Hüseynova başda olmaqla Filologiya fakültəsinin kollektivi adından Lyudmila xanıma can sağlığı və uzun ömür arzulayırıq.