Əcnəbi tələbələrlə iş üzrə şöbənin türk hazırlıq qrupu tələbələrinin imtahanı keçirilib

 

22 iyun 2022-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində olan Əcnəbi tələbələrlə iş üzrə şöbənin türk hazırlıq qrupu tələbələrinin Azərbaycan dili fənni üzrə imtahanı keçirilib.

İmtahan Azərbaycan dili və onun texnologiyası kafedrasının müdiri, dosent Sevda Abdullayevanın, müəllimlər - fil.ü.f.d.Səminə Abdullayevanın, Aynurə Əliyevanln və Əcnəbi tələbələrlə iş üzrə şöbə müdiri Aynurə Əsgərovanın iştirakı ilə keçirilib.
Tələbə və müəllimlər imtahandan razı qalıb, imtahanda yaradılan şəraitə, şəffaflığa görə Beynəlxalq əlaqələr üzrə prorektor, Filologiya fakültəsinin dekan vəzifəsini icra edən professor Mahirə Hüseynovaya təşəkkürlərini bildiriblər.


© 2022Filologiya.az. Bütün Hüquqlar qorunur