16 may 2023-cü il tarixdə ADPU - nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova Şuşa qalasını fəth edən ilk Naxçıvan xüsusi təyinatlılar dəstəsindən olan şəhid Xansu Qurbanovun anası və ADPU-nun əməkdaşı olan bacısı ilə görüşüb. Onlar Xansu Qurbanovun vətənpərvərliyindən, keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar. Şəhidin döyüş yolu Cəbrayıldan başlayaraq Şuşa şəhərində sona çatıb. Şuşa ətrafında gedən döyüşlərdə qolundan yaralansa da, yarası sarındıqdan sonra israrla döyüşü davam etdirən Xansu Qurbanov Şuşa qalasının qapılarından keçən ilk döyüşçülərdən olub. O, 2020 -ci il noyabrın 9-da şəhidlik zirvəsinə ucalıb. Xansu Qurbanov Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Görüşün sonunda Mahirə Hüseynova  bildirib ki, şəhidlərin xatirəsi Azərbaycan xalqının qəlbində həmişə yaşayacaq. O, vətən uğrunda canından keçən oğullarımızın təkcə onların deyil, hər kəsin övladı olduğunu qeyd edib.


© 2024Filologiya.az. Bütün Hüquqlar qorunur