Filologiya fakültəsinin müəllimi “Gənclər və elmi innovasiyalar” mövzusunda respublika elmi-texniki konfransında çıxış edib
04.05.2022-ci ildə Azərbaycan Texniki Universitetində (AzTU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş gənc tədqiqatçıların “Gənclər və elmi innovasiyalar” mövzusunda respublika elmi-texniki konfransı keçirilib.
Error
Konfransda Filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının müəllimi İlkin Əsgərov da iştirak edib və "Qəzet və saytların dilində leksik norma pozuntuları" adlı məruzə ilə çıxış edib.