Filologiya fakültəsinin dekan müavini Könül Həsənova Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universitetinin ikili diplom proqramı çərçivəsində keçirilən seminarlarında iştirak edib

 

 

27-28 aprel 2022-ci il tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU-nun) Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini Könül Həsənova universitetin bir qrup əməkdaşı ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universitetinin ikili diplom proqramı çərçivəsində Marriott Abşeron otelində təşkil olunan seminarlarda iştirak edib.
Corc Vaşinqton Universitetinin professoru Dr. Colin Green 21-ci əsrin öyrənmə və öyrətmə modeli, tələbələrə necə düzgün feedback (geribildirim) verilməsi haqqında mövzular üzərində ətraflı məlumat verib.
ADPU-nun Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini Könül Həsənova və Strateji İnkişaf Mərkəzi və universitetin bir qrup əməkdaşları seminarlarda fəal iştirak ediblər. Təlim müddətində ali məktəb müəllimlərinin tədris prosesindəki təcrübələrinin bölüşməsinə qarşılıqlı müzakirələrinə şərait yaradılıb.
ADPU-nun əməkdaşları təcrübələrini bölüşdükcə Dr.Colin Green mənmunluğunu bildirib və əməkdaşların düzgün mövqedə olduğunu qeyd edib.
Dr.Colin Green təqdimatında universitetlərində tətbiq olunan bir neçə modellər, metodlar haqqında nümunələr nümayiş etdirib.


© 2022Filologiya.az. Bütün Hüquqlar qorunur