Filologiya fakültəsinin xüsusi təqaüdləri

Təqaüd şəkli 1

Filologiya fakültəsinin əsas hədəflərindən biri yüksək potensiala malik gəncləri təhsillərinin ilk günündən etibarən dəstəkləməkdir. Bu məqsədlə fakültəmizdə qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələr üçün xüsusi təqaüd proqramı yaradılıb.

600+ bal mükafatı

İxtisas seçimində fakültəmizi seçən, 600 və daha yuxarı bal toplamış hər bir tələbəni xüsusi olaraq mükafatlandırırıq.

Bu mükafat kimlər üçün nəzərdə tutulub?

Bu mükafat ali təhsil müəssisələrinə qəbul imtahanında ümumi 600 və ya daha çox bal toplayaraq Filologiya fakültəsinə qəbul olan tələbələrə təqdim edilir.

Niyə bu mükafatı təqdim edirik?

Bu maliyyə dəstəyi tələbələrimizi yüksək akademik nailiyyətlərə həvəsləndirmək, onların ilk ildən etibarən təhsilə və elmi fəaliyyətlərə tam fokuslanmasına imkan yaratmaq məqsədi daşıyır.

Ümid edirik ki, ən istedadlı tələbələri dəstəkləməklə fakültəmizin keyfiyyətini və elmi potensialını daha da yüksəldirik. Sizi də bu uğurlu kollektivə qoşulmağa və bu xüsusi dəstəkdən faydalanmağa dəvət edirik!