ADPU YUNESKO klubu

0ea39a42-f5a0-4500-bd3d-6b34291d10ee.JPG
1 / 2

Birləşmiş Millətlər Təşkilatının profil qurumu olan YUNESKO qlobal miqyasda təhsil, elm və mədəniyyət istiqamətində tərəfdaşlığın ən genişmiqyaslı hökumətlərarası məşvərət platformasıdır. YUNESKO-nun dövlətlərlə əlaqələri müxtəlif qurum, mexanizm və təşəbbüslər üzərindən reallaşdırılır. Belə mexanizmlərdən biri də YUNESKO assosiasiyalarıdır. Bu gün bu assosiasiyaların miqdarı 78 dövləti əhatə edərək, ümumi sayı 4194-ə bərabərdir. Bu assosiasiyalardan biri də Azərbaycan Dövlət Pedaqoji Universitetinin strukturunda formalaşdırılmışdır.

ADPU YUNESKO assosiasiyasının təsis edilməsində fundamental amal YUNESKO-nun elm, təhsil və mədəniyyət istiqamətlərində konsepsiya və fundamental prinsiplərinin geniş surətdə yayılması, eyni zamanda qeyd olunan sahələrdə həm daxili, həm də beynəlmiləl səviyyədə bilik və təcrübə mübadiləsinin reallaşdırılmasıdır.

ADPU YUNESKO Klubu vasitəsilə uşaq və gənclər müxtəlif yerli və beynəlmiləl layihələrə və könüllü fəaliyyət növlərinə cəlb edilirlər.

Əlaqə

Ünvan: Bakı ş., Ü.Hacıbəyli 68, ADPU-nun əsas tədris binası (Səbail), otaq 229

Tel.: +994515140829 (sədr)

İmeyl: unesco.club@adpu.edu.az

Sosial media hesabları: instagram