ADPU-nun Filologiya fakültəsində Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Sözün zirvəsi – Vahabzadə 100” adlı ədəbi-bədii tədbir təşkil olunmuşdur.

591580795_1362608712318489_9088865884590240026_n.jpg
1 / 13

ADPU-nun Filologiya fakültəsində Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Sözün zirvəsi – Vahabzadə 100” adlı ədəbi-bədii tədbir təşkil olunmuşdur.

Tədbirdə fakültənin nəzdində fəaliyyət göstərən “Meh” ədəbi dərnəyinin üzvləri şairin həyat və yaradıcılığını əks etdirən səhnəciklər nümayiş etdirmiş, Vahabzadənin şeirlərini səsləndirmiş, həmçinin mahnı və rəqs nömrələri ilə çıxış etmişlər. Bədii proqram Vahabzadə poeziyasının milli ruhunu, azadlıq ideyalarını və yüksək mənəvi dəyərlərini tədbir iştirakçılarına bir daha xatırlatmışdır.

Sonda fakültə dekanı, dosent Könül Həsənova “Meh” ədəbi dərnəyinin üzvlərinə fəal iştiraklarına görə təşəkkürnamə təqdim etmişdir.