Professor Elman Quliyevin müəllifi olduğu kitabın təqdimat mərasimi keçirilib

681124829_1479188820660477_4503554440824239062_n.jpg
1 / 18

ADPU-nun Filologiya fakültəsinin Ədəbiyyat kafedrasının professoru, filologiya elmləri doktoru Elman Quliyevin müəllifi olduğu kitabın təqdimat mərasimi keçirilib.

27 aprel tarixində keçirilən “Türk xalqları ədəbiyyatı” kitabının təqdimatında ADPU rəhbərliyi, professor-müəllim heyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov kitabın elmi əhəmiyyətini yüksək qiymətləndirib, müəllifə elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıb.

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, professor Qəzənfər Paşayev, millət vəkili Cavanşir Feyziyev, Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Yener Yıldırım, Yunis Əmrə İnstitutunun Bakı nümayəndəliyinin müdiri Gökhan Seyhan, millət vəkili Jalə Əliyeva, AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy, professor Nizami Tağısoy və yazıçı Hüseynbala Mirələmovun çıxışları dinlənilib.

Çıxış edənlər müəllifin kitabını müsbət qiymətləndirərək onun türk xalqlarının ədəbiyyatının öyrənilməsi baxımından mühüm elmi mənbə olduğunu vurğulayıblar. Bildirilib ki, əsər həm tələbələr, həm də tədqiqatçılar üçün dəyərli vəsait kimi istifadə oluna bilər və bu sahədə aparılan araşdırmalara yeni töhfələr verəcək.

Professor Elman Quliyev çıxış edərək kitabın ərsəyə gəlmə prosesi barədə məlumat verib, kitab təqdimatının yüksək səviyyədə təşkilinə görə ADPU-nun Filologiya fakültəsinin rəhbərliyinə təşəkkür edib.