ADPU-nun Filologiya fakültəsinin elmi heyəti yubileyləri münasibətilə təltif edilmişlər.
ADPU-nun Filologiya fakültəsinin Elmi Şurasının növbəti iclasında bir qrup əməkdaş ADPU Həmkarlar İttifaqı Komitəsi və fakültə dekanı dosent Könül Həsənova tərəfindən yubileyləri münasibıtilə təltif edilmişlər. Tədris işləri üzrə dekan müavini Zemfira Abbasova, Ədəbiyyat kafedrasının professoru Təyyar Cavadov, Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Zakir Rəsulov, Xarici Dillər Mərkəzinin dosenti Qəribə Məmmədova, baş müəllim Sədaqət İsgəndərova və baş müəllim Sürayyə Həsənovanın yubileyləri qeyd olunmuşdur.