Müasir Azərbaycan dili kafedrası Filologiya fakültəsində 2025-ci il üzrə “İlin kafedrası” seçilib

739548294_122110186917315418_6424889573776793457_n.jpg
1 / 1

Müasir Azərbaycan dili kafedrası Filologiya fakültəsində 2025-ci il üzrə “İlin kafedrası” seçilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində 2025-ci il üzrə akademik fəaliyyətin qiymətləndirilməsi və keyfiyyət meyarları əsasında aparılan təhlilin nəticələrinə görə Müasir Azərbaycan dili kafedrası “İlin kafedrası” adına layiq görülüb.

Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova bu uğurun kafedra kollektivinin elmi-tədqiqat və tədris sahəsindəki səmərəli fəaliyyətinin, yüksək peşəkarlığının və əldə etdiyi mühüm nəticələrin təzahürü olduğunu vurğulayıb. Bildirilib ki, bu mükafat kollektivin əzmkarlığının və keyfiyyətli fəaliyyətinin yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.

Müasir Azərbaycan dili kafedrasının professor-müəllim heyətini bu nailiyyət münasibətilə ürəkdən təbrik edir, elmi və pedaqoji fəaliyyətlərində yeni uğurlar, davamlı nailiyyətlər arzulayırıq!