ADPU-nun Filologiya fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib

740366019_122110146339315418_6572149383441421819_n.jpg
1 / 4

ADPU-nun Filologiya fakültəsinin Elmi Şurasının növbəti iclası keçirilib

İclasda 2025/2026-cı tədris ilinin yekunlarına dair mühüm məsələlər müzakirə olunub, fakültənin tədris, elmi və təşkilati fəaliyyəti ətrafında geniş fikir mübadiləsi aparılıb.

Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova iclası açıq elan edərək 2025/2026-cı tədris ili ərzində həyata keçirilmiş elmi, pedaqoji və təşkilati fəaliyyətin yekun hesabatını təqdim edib. Hesabatda fakültədə tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin genişləndirilməsi, beynəlxalq əməkdaşlıq, tələbələrin elmi və ictimai fəallığı, eləcə də il ərzində həyata keçirilmiş mühüm tədbirlər və əldə olunan nəticələr barədə ətraflı məlumat verib.

Daha sonra yaz imtahan sessiyasının gedişi, mövcud vəziyyət və nəticələri müzakirə olunub. Sessiyanın təşkili, imtahan prosesinin şəffaflığı, tələbələrin nailiyyət göstəriciləri və tədris prosesinin səmərəliliyinin artırılması istiqamətində görülən işlər təhlil edilib.

İclasda həmçinin cari tədris ili ərzində Filologiya fakültəsinin Elmi Şurasının iclaslarında baxılmış məsələlər və qəbul olunmuş qərarların icra vəziyyətinə dair illik qısa hesabat təqdim edilib. Hesabat çərçivəsində qəbul olunmuş qərarların yerinə yetirilməsi səviyyəsi qiymətləndirilib, qarşıdakı dövr üçün prioritet istiqamətlər müəyyənləşdirilib.

Gündəlikdə yer alan məsələlər üzrə geniş müzakirələr aparılıb, səsləndirilən təklif və rəylər nəzərə alınaraq müvafiq qərarlar qəbul edilib. İclas fakültənin qarşıdakı fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və yeni tədris ilinə hazırlıq baxımından əhəmiyyətli müzakirələrlə yadda qalıb.

Qeyd edək ki, iclasda həmçinin fakültənin yubileyi qeyd olunan əməkdaşları ADPU Həmkarlar İttifaqı Komitəsi tərəfindən təltif olunub. Dosent Könül Həsənova yubilyarları təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzu edib.