ADPU-nun Filologiya fakültəsinin dekanı, dosent Könül Həsənova “Talk to Me” müsabiqəsinin qaliblərini mükafatlandırıb

684958226_1480339813878711_6452199547768693772_n.jpg
1 / 10

ADPU-nun Filologiya fakültəsinin dekanı, dosent Könül Həsənova “Talk to Me” müsabiqəsinin qaliblərini mükafatlandırıb.

Filologiya fakültəsinin Xarici Dillər Mərkəzinin təşkilatçılığı ilə tələbələr arasında ingilis dilində “Talk to Me” adlı 3 mərhələli müsabiqə keçirilib.

56 nəfər tələbənin iştirak etdiyi müsabiqənin sonunda I, II və III yerin qaliblərinə Filologiya fakültəsinin dekanı, dosent Könül Həsənova tərəfindən sertifikat və pul mükafatı təqdim edilib.

Tədbirdə Filologiya fakültəsinin dekan müavini Gülər Süleymanova, Xarici Dillər Mərkəzinin müdiri, dosent Ülviyyə Hacıyeva, müdir müavini Günay Alıyeva, müəllim Yeganə İsgəndərova və tələbələr iştirak ediblər.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd tələbələrin ingilis dilində sərbəst danışıq bacarıqlarını inkişaf etdirmək, onların ünsiyyət qabiliyyətini artırmaq və öz fikirlərini inamla ifadə etmələrinə şərait yaratmaq olub.