ADPU-nun Filologiya fakültəsində təşkil olunmuş “Bir masa – min ümid” adlı xeyriyyə yarmarkasında fərqlənən iştirakçılar təltif olunublar

683721666_1480900490489310_7681905265763216003_n.jpg
1 / 7

ADPU-nun Filologiya fakültəsində təşkil olunmuş “Bir masa – min ümid” adlı xeyriyyə yarmarkasında fərqlənən iştirakçılar təltif olunublar.

Filologiya fakültəsinin dekanı, dosent Könül Həsənova I tədris ili tələbələrinin iştirakı ilə baş tutan xeyriyyə yarmarkasında yüksək nəticələr göstərən qaliblərlə görüş keçirib və onlara sertifikatlar təqdim edib.

Dosent Könül Həsənova çıxışı zamanı qeyd edib ki, belə təşəbbüslər tələbələrdə həmrəylik, sosial məsuliyyət və humanist dəyərlərin formalaşmasına mühüm töhfə verir. O vurğulayıb ki, xeyriyyə aksiyalarında iştirak edən gənclər cəmiyyətə faydalı fərdlər kimi yetişir, yardımlaşma və paylaşma kimi ali keyfiyyətləri mənimsəyirlər.

Qeyd edək ki, müəllimlər Yeganə İsgəndərova, Günay Alıyeva və Qəmər Alxanovanın rəhbərlik etdiyi tələbə qrupları müvafiq olaraq I, II, III yerlərə layiq görülüblər.