ADPU-nun Filologiya fakültəsində Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müdiri, dosent Şöhrət Məmmədovanın yubileyi qeyd olunub.
Tədbirdə ADPU-nun Filologiya fakültəsinin dekanı, dosent Könül Həsənova, ADPU Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev və professor-müəllim heyəti iştirak edib.
Filologiya fakültəsinin dekanı, dos. Könül Həsənova və digər çıxış edənlər yubilyara xoş arzularını çatdırıb, ona möhkəm cansağlığı, yeni elmi nailiyyətlər və pedaqoji fəaliyyətində davamlı uğurlar arzu edib.
Həmçinin ADPU Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev yubilyarı səmərəli elmi-pedaqoji fəaliyyəti və 50 illik yubileyi münasibətilə təltif edib.
