Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

ZÜLFİYYƏ MƏMMƏDKƏRİMOVA
(müəllim)

Zülfiyyə Məmməd qızı Məmmədkərimova 1992-ci il avqustun 13-də Bakı şəhərində anadan olmuşdur. 2009-cu ildə Nəsimi rayonundakı 5 nömrəli orta  məktəbi bitirmiş və həmin il Bakı Slavyan Universitetinin Xarici dil müəllimliyi (İngilis dili) fakültəsinə daxil olmuşdur. 2013-cü ildə Bakı Slavyan Univer­sitetinin Xarici dilin tədrisi metodikası və metodologiyası (İngilis dili üzrə) fakültəsinin magistratura pilləsində təhsilini davam etdirmişdir. 2015-ci ildə Odlar Yurdu Universitetinin fəlsəfə doktoru proqramı üzrə 5704.01-Dil nəzəriyyəsi ixtisasına doktorant olub.2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutun Xarici dillər kafedrasının baş laborantı vəzifəsində çalışmışdır. 2016-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universi­tetinin İngilis dili kafedrasının yarım ştat müəllimi, 2017-ci ildən Azərbaycan Dövlət Pedaqoji Uni­versitetinin İngilis dili kafed­rasında (indiki Xarici Dillər Mərkəzi) tam ştat müəllim vəzifə­sində çalışmışdır. O, respublika daxili 18, res­pub­likadan xaricdə 1 məqalənin müəllifidir.

Ailəlidir.

Beynəlxalq  Sertifikatları:

1.Teaching Knowledge Test (TKT) Module 2; BAND 3