Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

ZAMİQ TƏHMƏZOV
(filologiya üzrə fəlsəfə doktoru, dosent )

Zamiq İltifat oğlu Təhməzov 1980-ci il sentyabrın 6-da Füzuli rayonunun Əhmədalılar kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1998-ci ildə orta məktəbi bitirib Azərbay­can Dövlət Pedaqoji Univer­sitetinin Filologiya fakültəsinə qəbul olmuş, 2002-ci ildə həmin fakültəni bitirmişdir. 2002-2004-cü illərdə ADPU-nun “Azərbaycan dili” ixtisası üzrə magistra­turasını bitirən Z.Təhməzov 2004-2007-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunda əyani aspirant olmuş, 2008-ci ildə “Müasir Azərbaycan dilində köməkçi nitq hissələrinin təsnifi” mövzu­sunda namizədlik dissertasiyası müdafiə etmiş, elə həmin ildən də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamışdır. 2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutunda “Azərbay­can dili və onun tədrisi metodikası” kafed­rasında, 2016-cı ildən Azər­baycan Dövlət Pedaqoji Univers­i­tetinin “Müasir Azərbaycan dili” kafed­rasında baş müəllim vəzifəsində çalışır.