Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

ZAKİR RƏSULOV
(pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim)

Zakir Qəmbər oğlu Rəsulov 1945-ci il 15 mayda   Gədə­bəy  rayonun  Düz-Rəsullu kəndində  anadan olub. 1962-ci ildə  Gədəbəy rayonu Novo-Saratovka  rus  kənd orta  məktəbini bitirmişdir. 1968-ci ildə S.M.Kirov adına  Azərbaycan  Dövlət  Universitetinin şərqşünaslıq fakültəsinin  fars  filologiya  şöbə­sini  bitirmişdir. 1990-ci ildən pedaqo­gika   üzrə  fəlsəfə  dokto­ru­dur. 1965-68-ci  illərdə  161  saylı  Bakı  şə­hər  orta  məktə­bində  fars  dili  müəllimi, 1968-72-ci  illərdə  S.M.Ki­rov  adına  ADU-nun  Yaxın  Şərq  dilləri  kafedrasının əməkdaşı, 1973-ci ildən  ADPU-nin Xarici dillər  kafedrasında, 2016-cı  ildən  Xarici  dillər  və onların  tədrisi  metodikası  kafedrasında  fars  dili  fənnini  tədris  edir. 2019-cu ildən Xarici Dillər Mərkəzinin baş müəllimidir. Zakir Rəsulov1 dərs vəsaiti və 1 dərsliyin müəllifidir.