Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

ZAHİD XƏLİL
(filologiya elmlər doktoru, professor)

Zahid Abdulla oğlu Xəlil 1942-ci ildə Yevlax şəhərində anadan olub. 19481958-ci illərdə M.Ə.Sabiradına 2 saylı şəhər orta məktəbində təhsil alıb.Orta məktəbi bitirdikdən sonra 19591965-ci illərdə ADU-nun (indiki BDU) Filologiya fakültəsində Jurnalistika ixtisasına yiyələnib.

Universiteti bitirdikdın sonra Yevlaxda əmək fəaliyyətinə başlayıb; “Qələbə”, “Təşəbbüs”, “Mübarizə” adlı rayon qəzetlərində məsul katib vəzifə­sində  çalışıb. 1966-cı ildə APİ-də nəşr olunan “Gənc müəl­lim”qəzetinin redaktoru təyin olu­nub. 1970-ci ildən “Azərbaycan ədəbiy­yatı tarixi” kafedrasında baş müəllim vəzifəsində işləmişdir.  1974-cü ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1975-ci ildə filologiya elmləri namizədi, 1990-cı ildə doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru, 1991-ci ildə professor adını alıb. 1997-2005-ci illərdə ADPU-nun Pedaqoji fakültəsinin dekanı, 2005-2018-ci illərdə Ədəbiyyat və onun tədrisi metodika­sı kafedrasının müdiri vəzifəsində  çalışıb.

1982-ci ildə “Literaturnaya qazeta”da dərc olunan “Kölələr” və “Limonad içməyim” hekayələrinə görə  “Zolotoy telyonok” mükafatına layiq görülmüşdür. Keçmiş SSRİ Dövlət­nəşrkomun və SSRİ Yazıçılar İttifaqının Uşaq Ədəbiyyatı Şurasının üzvü olmuşdur. 2005-ci ildə Azər­baycan dili və ədəbiyyat fənni üzrə Respublika Olimpiyada komissiya­sının sədri təyin edilmişdir. Azərdaycan uşaq ədəbiyyatı üzrə dərslik, dərs vəsaitləri və metodik tövsiyələrin müəllifidir.

Ailəlidir, 3 övladı,   7 nəvəsi var.

12 dərslik və dərs vəsaiti, 16 bədii kitabın müəllifidir.

 

Təltifləri:

  • 2001-ci ildə “Qızıl qələm” mükafatı laureatı adına layiq görülmüşdür.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərən­camına əsasən 2006-cı ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
  • 2009-cu ildə“Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.