Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

ZƏRİFƏ TAPDIQOVA
(baş müəllim)

Zərifə Zeqəm qızı Tapdıqova 1955-ci il  yanvarın 1-də Xankəndi şəhərində anadan olub. 1972-ci ildə Qazax şəhər orta məktəbini bitirib. 1972-1976-cı illərdə F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və  Ədəbiyyatı İnstitutunda təhsil almışdır.  1981-ci ildə APİ-nin aspirantu­ra­sının qiyabi şöbəsini bitirmişdir. O, 1976-1977-ci ildə Sabirabad rayon orta məktəbində rus dili və ədəbiyyatı müəllimi işləyib. 1978-1984-cü ilərdə ADPİ-nin Pedaqogika kafedrasında laborant işləyib. 1984-1989-cu illərdə Rus dili kafedrasında laborant, baş laborant vəzifəsində işləyib. 1990-2009-cu illərdə ADPU-nun Rus dili kafedrasında müəllim, “Xarici dillər və onların tədrisi metodikası” kafedrasında (indiki Xarici Dillər Mərkəzi) baş müəllim işləmişdir.

Z.Tapdıqova respublika daxilində onun 12 məqaləsivə  3 tezisi çap olunmuşdur.