Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Zəfər Günü

 

NAZİLƏ ABDULLAZADƏ
(pedaqogika üzrə fəlsəfə doktoru, dosent Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müdiri)

Müasir tariximizin ən şərəfli səhifəsi olan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı parlaq zəfərlər, şanlı qələbələr tariximizin səhifələrinə qızıl hərflərlə həkk olundu. Bu gün öz haqqı uğrunda əvvəldən axıra kimi ləyaqətlə, inamla mübarizə aparan, bu müharibədən qalib çıxan Azərbaycan böyük Zəfərini qeyd edir. Sabah isə böyük siyasi, mənəvi əhəmiyyətə malik hərbi parad rəşadətli Azərbaycan Ordusunun gücünün, qüdrətinin dünyaya növbəti nümayişi kimi tarixə düşəcək. Bununla da Zəfər Paradımız bütün dünyaya yumruq kimi bir olmağımızın, milli birliyimizin, həmrəylimizin, dövlət müstəqilliyimizin əbədi və dönməzliyinin isbatı olacaq. Zəfərimiz mübarək, qalib Azərbaycan xalqı!