Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

YUSİF YUSİFOV
(filologiya üzrə fəlsəfə doktoru, dosent)

 Yusif Qoca oğlu Yusifov 1954-cü il avqust ayının 11-də Azərbay­can Respublikası, Qazax rayonu Musaköy kəndində anadan olub. 1969-cu ildə Qazax rayonu, Musaköy tam orta məktəbini bitirib. 1978-ci ildə APİ-nin (indiki ADPU) Filologiya fakültəsini fərqlənmə diplomu iləbitirmişdir. 1985-ci ildə namizədlik dissertasiyasıı müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alıb. 1979-1981-ci illərdə Bakı şəhə­rinin  Binə qəsəbəsində orta kənd texniki-peşə məktəbində əvvəl tərbiyəçi-müəllim, sonra Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş, 1981-1984-cü illərdə APİ-nin Azərbaycan dilçiliyi kafedrasının dilçilik ixtisası  üzrə əyani aspiranturasında təhsil alaraq oranı uğurla bitir­mişdir. 1984-1994-cü illərdə APİ-nin elmi katibi, 1995-ci ildən Azər­­baycan dilçiliyi kafedrasında dosent vəzifəsində çalışır. 2 mo­noqra­fiyanın müəllifidir.

Ailəlidir, üç övladı var.