Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

YEGANƏ SƏFƏROVA
(müəllim)

Yeganə Xaləddin qızı Səfərova 22 sentyabr 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə Nəsrəddin Tusi adına gimna­ziyada ibtidai təhsil almış, daha sonra təhsilini Heydər Əliyev adına Müasir Təhsil Kompleksində tamam­lamışdır. 2008-ci ildə Azərbaycan Dillər Universitetinin 2 saylı ingilis dili fakültəsinə daxil olmuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 2014-cü ildə Azərbaycan Dillər Universitetinin “İngilis dilinin tədrisi metodikası və metodologiyası” üzrə magistraturaya qəbul olmuş və 2016-cı ildə bitirib. Hal-Hazırda Azərbaycan Universitetində fəlsəfə doktoru proqramı üzrə doktorantura təhsili alır. 2017-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin “İngilis dili” kafedrasında(indiki Xarici Dillər Mərkəzi) pedaqoji fəaliy­yətini davam etdirir. O,“Xarici Dillər Mərkəzi” tədris-metodiki şurasının üzvüdür.Yeganə Səfərovanın Respublikada çıxan nüfuzlu elmi jur­nallarda 4, Respublikadan kənarda isə 3 elmi məqaləsi çap olun­muşdur.

Fakültə Həmkarlar Təşkilatının sədridir.

Yeganə Səfərova “Filoloq” qəzetinin baş redaktorun müavini və  buraxılışa mə­sul şəxsdir. Ailəlidir, 2 övladı var.

Beynəlxalq Sertifikatları:

1.Teaching Knowledge Test (TKT) Module 1-band 3

2.Teaching Knowledge Test (TKT) Module 2-band 3

3.Teaching Knowledge Test (TKT) Module 3-band 3