Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

YEGANƏ QASIMOVA
(filologiya üzrə fəlsəfə doktoru, baş müəllim)

 Yeganə Nəriman qızı Qasımova 1969-cu ildə Bakı şəhə­rində ziyalı ailəsində anadan olmuşdur.1986-cı ildə Bakıdakı 190 saylı orta məktəbi bitirmiş, həmin il ADPU-nun filologiya fakültəsinə daxil olmuşdur. 1991-ci ildə ADPU-nu Fərqlənmə diplomu ilə bitirmişdir.

1991-ci ildə Azərbaycan Ensiklopediyasında mütəxəssis vəzifəsin­də əmək fəaliyyətinə başlamışdır. İşlədiyi müddətdə Respublika Xatirə Kitabının üç cildi üçün materialların toplan­ması və çapa hazırlanmasında işçi qrupunun üzvü kimi iştirak etmiş, 6 kitabın bədii, elmi və nəşriyyat redaktoru olmuşdur.

1995-ci ildən ADPU-da çalışır. 2003-cü ildən müəllim kimi fəaliy­yət göstərir. 2009-cu ildən Azərbaycan ədəbiyyatı tarixi kafedrasının baş müəllimidir. Azərbaycan ədəbiyyatı tarixi (XIX-XX əsrlər), Azərbaycan ədəbiyyatı tarixi  (müasir dövr), Azərbaycan ədəbiyyatı fənlərini tədris edir.

Filologiya üzrə fəlsəfə doktorudur. 2014-cü ildə “İlyas Əfən­diyevin bədii publisistikası” mövzusunda dissertasiya mü­dafiə etmişdir. Müasir Azərbaycan ədəbiyyatı ilə bağlı çoxsaylı elmi məqalənin müəllifidir. “Azərbaycan ədəbiyyatı” (qeyri-ixtisas fakültələri üçün), Azərbaycan ədəbiyyatı tarixi (XIX-XX əsrlər) (Prof.T.Cavadovla birlikdə) proqram­larının tərtibçisidir.  Azər­baycan  Onomastikası problemlərinə həsr olun­muş Res­publika Elmi Konfransı (1988), “Şərq filologiyasının aktual prob­­lemləri” Respublika Elmi Konfransı (2011), ADPU pro­fessor-müəl­lim heyətinin X Elmi Konfransı (2012) və VII Uluslararası türk kültürü, sanatı və kültürel mirası koruma Sempozyumunun (2013), “Mədə­niyyətlərarası dialoqda bədii ədəbiyyatın rolu” mövzusunda beynəlxalq konfransın (2018), “Elm və təhsilin aktual problemləri” adlı beynəlxalq konfransın (2019) və s. iştirakçısıdır. 20-dən artıq məqaləsi çap olunmuş-dur.

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Avropa İttifaqı­nın, UNİCEF, Azərbaycan Universitetlər Konsorsiumu­nun, Qlobal Karyera İnstitutu və s. həyata keçirdikləri çoxsaylı layihələrin təlim nəticələrinə görə Sertifikatlara layiq görül­müşdür.