Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

YEGANƏ QƏHRƏMANOVA
(filologiya üzrə fəlsəfə doktoru, dosent)

Qəhrəmanova (Ergin) Yeganə Qürbət qızı 1976-cı il yan­varın 26-da Abşeron rayonunun Məhəmmədli kəndində anadan olmuşdur. 1983-cü ildə Məhəmmədli kənd orta məktəbinə daxil olmuş, 1993-cü ilə orta məktəbi bitirərək N.Tusi adına ADPU-nun filologiya fakültəsinə qəbul olmuşdur. 1997-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib “Azərbaycan dili” ixtisası üzrə magistraturaya daxil olmuşdur.

Yeganə Qəhrəmanova 1999-cu ildə magistraturanı da fərqlənmə diplomu ilə bitirərək magistr dissertasiyasını müdafiə etmişdir. Həmin ildən universitetin Müasir Azərbaycan dili kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır. 2003-cü ildə AMEA-nın disertantı olmuş, namizədlik dissertasiyasını 2007-ci ildə müdafiə etmişdir. 2008-ci ildə filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

2003-2006-cı illərdə universitet TEC-in sədri, “Pedaqoji Unversitet xəbərləri” humanitar elmlər seriyasının redaktor müavini vəzifələrində çalışmışdır.

2012-2014-cü illərdə Təhsil Nazirliyi yanında dərslikləri qiymət­ləndirmə şurasında ekspert kimi iştirak etmiş, 2014-cü ildə TN-nin orta məktəb müəllimləri arasında keçirdiyi “İlin müəllimi” müsabiqəsinin qiymətləndirilməsi üzrə komissiyanın üzvü olmuşdur.

2014-cü ildə Abşeron rayonu Məmmədli bələdiyyəsinə üzv seçil­mişdir. Həmin il Müasir Azərbaycan dili kafedrasının dosenti vəzifəsinə seçilmişdir.

2014-cü ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasında elmlər doktoru proqramı üzrə “Azərbaycan dilində hal kateqoriyasının struktur-semantik inkişafı” mövzusunda doktorluq dissertasiyası üzərin­də çalışır.

“Kitabi-Dədə Qorqud” dastanında feilin təsriflənməyən formaları” adlı dərs vəsaitinin, magistratura üçün “Elmi-peda­qoji təcrübə” adlı proqramın, 22 elmi məqalə və tezisin müəl­lifidir.

2005-ci ildən YAP-ın üzvüdür.