Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

YASƏMƏN BABAYEVA
(baş müəllim)

Yasəmən Nizam  qızı Babayeva  7 iyul 1980-cu ildə Bakı şəhərın­də anadan olub. 1997-ci ildə Bakı şəhəri 190 saylı məktəbi bitirib. Elə həmin il Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinə qəbul olub. 2000-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya (İngilis dili) fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2004-cü ildə Azərbaycan Dillər Universitetinin Magistratura şöbəsinin İngilis dili və ədəbiyyatı fakültəsinə qəbul olub və 2007-ci ildə Magistratura şöbəsini fərqlənmə diplomu ilə bitirib. 2001-2007-ci illərdə Bakı Mədəni Maarif Texniku­munda ingilis dili müəllimi vəzifəsində çalışıb. 2007-ci ildən ADPU-nun Filologiya Fakültəsinin “İngilis dili və onun tədrisi metodi­kası” kafedra­sının müəllimi vəzifəsində çalışıb. 2018-ci ildən həmin kafedranın (indiki Xarici Dillər Mərkəzi) baş müəllimidir. Y.Babayeva respublika daxilində 1 proqram, 2 tezis, 8 məqalənin müəllifidir.

Ailəlidir, 2 övladı  var.

Beynəxalq Sertifikatları:

1.İELTS (academic)- overall band score 6,5, CEFR level B2

2.Teaching Knowledge Test (TKT) Module 1-band 3

3.Teaching Knowledge Test (TKT) Module 2-band 3

4.Teaching Knowledge Test (TKT) Module 3-band 3