Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

 

Yaraşır

 

Özü çıxıb müjdə verdi millətə,
Müjdəsinə neçə qurban yaraşır.
Zülm edənin canı düşdü zillətə,
Uca millət, sənə ad-san yaraşır.

Həyan umduq gələn səsdən-səmirdən,
Tanrı verdi səbrimizi dəmirdən.
O illəri tale çıxsın ömürdən,
Nə cür desən,nə cür yazsan, yaraşır.

Elə bil ki, dünən burdan köçmüşəm,
Füzulidən,Cəbrayıldan keçmişəm.
Həsrətini zəhər bilib içmişəm,
Muradın al Zəngilandan,yaraşır.

Dolan yurdu,neçə ki, bu ömr var,
Ziyarətdir, kimdə belə dövr var…
Yanır bağrım,ürəyimdə qövr var,
Keç Laçına Qubadlıdan,yaraşır.

Toy-düyündür Mahirəyə vaxt,zaman,
Salnaməni özü yazsın anbaan.
Cabbar ilə Xan dayansın yanbayan,
Oxusunlar,olar dərman, yaraşır.

Türkə qurban,nə cür aldır bayrağı?!
Bədirlənmiş tək hilaldır bayrağı.
Xankəndində özün qaldır bayrağı,
Bayraq Sənə,Baş Komandan,yaraşır!

 

-Mahirə Nağıqızı