Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

YAQUB BABAYEV
(filologiya elmlər doktoru, professor)

Yaqub Məhərrəm oğlu Babayev 1958-ci ildə Gədəbəy rayonunun Dəyəqarabulaq kəndində müəlllim ailəsində anadan olmuşdur. Dəyə­qarabulaq kənd səkkizillik məktəbini bitirmiş (1965-1973), Rüstəm Əliyev adına (indi Miskinli adlandırılan bu qədim kəndin tarixi adı Qarabulaqdır) kənd orta məktəbində orta təhsilini tamamlamışdır.1976-1980-ci illərdə  H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda (indiki Gəncə Dövlət Pedaqoji Universitetində) ali təhsil almış, həmin institu­tun Azərbaycan dili və ədəbiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1985-1988-ci illərdə V.İ.Lenin adına ADPİ-nin (indiki ADPU) Azər­baycan ədəbiyyatı tarixi kafedrasının əyani aspirantı olmuş, “Azər­baycan uşaq nəsrinin inkişafı tarixindən (1905-1920)” mövzusunda na­mizədlik dissertasiyasını müdafiə edərək 1989-cu ildə filologiya elmlər namizədi elmi dərəcəsini almışdır.

Y.Babayevin əmək fəaliyyəti 1990-cı ildən ADPU ilə bağ­lıdır. “Folklorşünaslıq” laboratoriyasında kiçik elmi işçi kimi fəaliyyətə baş­layan Y.Babayev baş elmi işçi,  Azərbaycan ədəbiy­yatı tarxı kafed­rasında müəllim işləmişdir. 1998-2003-cü illərdə dosent vəzifəsini tutan Yaqub müəllim 2003-cü ildən uni­ver­sitetdə yeni yaradılmış  Folklor və qədim ədəbiyyat kafed­rasında dosent vəzifəsində çalışmışdır.2011-ci ildə doktorluq dissertasiyanı müdafiə edərək filologiya elmlər doktoru elmi dərəcəsi almışdır.

2011-2015-ci illərdə Azərbaycan ədəbiyyatı tarixı kafed­rasında, 2015-ci ildən etibarən Ədəbiyyat və onun tədrisi metodikası kafedrasında çalışmış, 2017-ci ildə həmin kafedranın professoru vəzifəsinə layiq görülmüşdür.

10 kitabın və klissik ədəbiyyatımızın müxtəlif problem­lərinə və şəxsiyyətlərinə həsr olunmuş 15-ə qədər elmi məqaləsi, respublikada 100-dən cox elmi, 40-a yaxın publisistik məqaləsi dərc olunmuşdur.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüdür. 2019-cu idə Azər­baycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komis­siyasının eksperti seçilmişdir.

Hal-hazırda Ədəbiyyatın tədrisi texnologiyası  kafedra­sının profes­soru, fakültə Elmi Şurasının üzvüdür.

Ailəlidir, bir oğlu var.

Təltifləri

  • 1915-1916-cı illərdə AYB xətti ilə Prezident təqaüdünə layiq görülmüşdür.
  • 2019-cu ildə “Qızıl qələm” ədəbi mükafatına layiq görülmüşdür.