Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

XOŞBƏXT ƏLİYEVA
(filologiya üzrə fəlsəfə doktoru)

Xoşbəxt Təyyan qızı Əliyeva 1965-ci ildə Gəncə şəhə­rində anadan olmuşdur. 1982-ci ildə Gəncə şəhəri 15 nömrəli orta məktəbi bitirib. 1991-ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq və Biblioq­rafiya fakültəsini, 2002-ci ildə Azərbaycan Dövlət Pedaqoji Univer­sitetinin “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə yenidən­hazırlanma kursunu bitirmişdir. 2008-ci ildə “Dədə Qorqud obraz və süjetləri bədii ədəbiyyatda”mövzusunda dissertasiya mövzusunu müdafiə edərək  filologiya üzrə fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almışdır. 2002-2017-ci illərdə ADPU-nun “Dədə Qorqud” Elmi-Təd­qiqat Labora­toriya­sının “Folklorşünaslıq, Etnoqrafiya və mifologiya” bölməsinin böyük elmi işçisi kimi fəaliyyət göstər­mişdir.

Əsərləri Rusiya, Qazaxıstan, Türkiyə elmi mətbuatında dərc edil­mişdir. 30-a yaxın jurnal məqaləsinin müəllifidir. Bey­nəlxalq konfrans və simpoziumlarda mütəmadi iştirak edir.

2018-ci ildə nəşr olunmuş “Dədə Qorqud” obraz və süjet­ləri bədii ədəbiyyatda” monoqrafiyası 2019-cu ildə Moskvada Beynəlxalq kitab sərgisində nümayiş etdirilmişdir.

Ailəlidir, 2 oğlu, 1 nəvəsi var.