Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

XƏYALƏ HƏMİDOVA
(müəllim)

Xəyalə Vaqif qızı Həmidova 1983-cü il fevralın 28-də Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakı şəhəri 3 saylı orta-ümumtəhsil məktəbini bitirib. Həmin il Azərbaycan Dillər Universitetinin İngilis dili 1 fakültəsinə daxil olmuş və 2003-cü ildə universitetin bakalavriat sə­viyyəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin il ADU-nun magis­traturasının Dilşünaslıq fakültəsinə daxil olmuş və 2005-ci ildə isə uni­versitetin magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2011-ci il Azər-baycan Dövlət Pedaqoji Universitetinin doktorantura şöbəsinə daxil olmuş və elmi işini İngilis  dilinin metodikası kafedra­sin­dan götürmüş, elmi işini yekunlaşdırmışdır və hal-hazırda müdafiə ərəfəsin­dədir. 2012-2014-cü illərdə Qərb Universi­teti­nin Qərbşünaslıq kafedra­sında müəllim vəzifəsində çalışmışdır. 2011-2014-cü illərdə ADPU-nun İnglis dilinin metodikası ka­fed­rasında saathesabı müəllim, 2016-cı ildən ADPU-nun İngilis dili kafedrasında (indiki Xarici Dillər Mərkəzi) müəllim vəzifə­sində çalışır. X.Həmidovanın respublika daxilində 15, respubli­kadan  xaricdə  5 məqalənin  müəllifidir.

Ailəlidir, 2 övladı  var.

Beynəlqxalq  Sertifikatları:

1.IELTS (academic)  overall band score 6.

2.Teaching Knowledge Test (TKT) Module 1; BAND 3