Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

XƏDİCƏ ÇƏLƏBİYEVA
(müəllim)

Xədicə Tofiq qızı Çələbiyeva 1970-ci il  oktyabrın 30-da Bakı şəhərində anadan olmuşdur. 1978-ci ildə Baki şəhəri Nəsimi rayonu 41 saylı orta məktəbin birinci sinfinə qəbul olunub 1988-ci ildə həmin məktəbi bitirmişdir.1989-cu ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna  qəbul olmuş  və 1995-ci ildə həmin institutu bitirmişdir.1988-1990-ci illərdə “Gənclik” nəşriyyatında katibə-makinaçı, 1990-1991-ci illıərdə isə “Maarif” nəşriyyatında korrektor vəzifəsində işləmişdir.1991-1993-ci illərdə N.Nərimanov adina Azərbaycan Dovlət Tibb universitetinin nəzdində olan “Təbib” nəşriyya­tında korrektor və sonralar redaktor kimi fəaliyyət göstərmişdir.1994-2004-ci illərdə ADPU-nun folklorşünaslıq laboratoriyasında laborant vəzifəsində çalışmışdır. 2005-ci ildən ADPU-nun Rus dili kafedrasında rus dili müəllimi kimi fəaliyyət göstərir. Hazırda ADPU-nun Filologiya fakül­təsinin Xarici Dillər Mərkəzinin müəllimi vəzifəsində çalışır. X.Çə­lə­biyevanın respublikadadaxili elmi jurnallarda 7 məqaləsi çap olun­muşdur.