Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

VÜSALƏ QURBANOVA
(fakültə tyutoru)

Vüsalə Vidadi qızı Qurbanova 1983-cü il 21 mayda Şəki şəhəri Aşağı Küngüd kəndində anadan olmuşdur. 1990-2000-ci illərdə Sumqayıt şəhəri, 4 saylı orta məktəbi başa vuran V.Qurbanova2000-ci ildə ADPU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası bakalavr pilləsinə daxil olmuş və 2005-ci ildə ali məktəbin bakalavr ixtisasını bitirmişdir. 2005-2007-ci illərdə BDU-nun  Ümumi dilçilik istiqaməti Dilçilik ixtisası üzrə magistr təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. 2007-2008-ci illərdə Sumqayıt şəhər Təhsil İdarəsi nəzdində Gənc Müəllimlər Şurasının sədri olmuşdur.2012-ci ildən ADPU-nun qiyabi Azərbaycan dili ixtisası üzrə doktoranturada təhsil alır. 2012-ci ildən ADPU-nun Filologiya fakültəsində tyutor vəzi­fə­sində çalışır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti 10.12.2011 – 25.12.2011-ci il tarixlərdə tyutor işinin təşkili haqqında 120 saat həcmində kursu bitirmişdir. Azərbaycan, türk, rus, ingilis dillərini bilir.

Beynəlxalq və yerli konfranslarda iştirak etmişdir. Çıxışçı və iştirakçı sertifikatı almışdır.  Məqalə və tezis müəllifidir.

Ailəlidir.