Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

VAQİF QURBANOV
(pedaqogika üzrə fəlsəfə doktoru, dosent)

Vaqif Tapdıq oğlu Qurbanov 18 may 1943-cü ildə Əli Bayramlı rayonunun (indiki Şirvan) Qarabağlı kəndində anadan olmuşdur.1951-1957-ci illərdə Qarabağlı kənd yeddiillik, 1958-1961-ci illərdə Kərim­bəyli kənd orta məktəbində təhsil almışdır.

1961-ci ildə V.İ.Lenin adına APİ-yə (indiki ADPU-ya) daxil olmuş, 1966-1969-cu illərdə təhsilini davam etdirmiş və institutu bitirmişdir. 1975-1987-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (Azərbaycan Respub­likası Təhsil Problemləri) elmi işçi vəzifəsində çalışmışdır. 1986-cı ildə namizədlik dissertasiyası müdafiə etmiş, pedoqoji elmlər namizədi alimlik dərəcəsi almış və baş elmi işçi vəzifəsində çalışmışdır. 2015-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş­dir. 1992-1996-cı illərdə Azərbaycan Respublikası Prezidenti ya­nında Ali Attestasiya Komissiyasında Humanitar və ictimai elmlər şöbə­sinin rəis müavini, 1999-cu ildən 2016-cı ilə kimi Azərbaycan Müəl­limlər İnstitutunda dosent, 2016-cı ildən ADPU-nun Azərbaycan dili və onun tədrisi texnologiyası kafed­ra­­sında müəllim kimi fəaliyyət göstərir. 150-dən çoxelmi-meto­dik əsəri nəşr olunmuşdur. Azə­r­bay­can Respub­likası Təhsil Na­zir­liyində yeni dərsliklərin yaradıl­ması üzrə şura üzvü kimi də ictimai fəaliyyət göstərir.