Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

VAQİF İSRAFİLOV
(filologiya üzrə fəlsəfə doktoru, dosent)

Vaqif İsmayıl oğlu İsrafilov 1959-cu il iyunun 17-də Gürcüstan Respublikası, Bolnisi rayonu Arakol kəndində anadan olub.1976-cı ildə Gürcüstan Respublikası, Zol Göyəckənd orta məktəbini bitirib. 1982-ci ildə APİ-nin  (indiki ADPU) Filolo­giya fakultəsini əla qiymətlə bitirib. 1989-cu ildə  namizədlik dissertasiyası müdafiə edərək filiolgiya elmləri namizədi elmi dərəcəsi adını alıb. 1996-cı ildən dosentdir. 1982-86-cı illərdə təyinatla Cəlilabad rayonu Novoqolovka kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi, 1986-1989-cu illərdə Bakı şəhər 42 № li peşə liseyində ixtisası üzrə müəllim, 1990-cı ildən ADPU-da laborant, baş laborant, baş elmi işçi, 1996-cı ildən ADPU-nun Azərbay­can dilçiliyi kafedrasının dosentidir.

4 kitabın, 100 elmi və publisistik məqalə və 4 tədris proqramının müəllifidir.

Ailəlidir, iki övladı var.