Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

ÜLVİYYƏ HACIYEVA
(filologiya üzrə fəlsəfə doktoru,dosent, Xarici dillər mərkəzinin müdiri )

Ülviyyə Davud qızı Hacıyeva 13 yanvar 1980-ci ildə Naxçıvan MR Naxçıvan şəhərində anadan olmuşdur. 1986-cı ildə Naxçıvan şəhər Hüseyn Cavid adına 5 saylı orta məktəbdə ibtidai  təhsilə başlamış, 1992-ci ildə isə Həmidə xanım Məm­mədquluzadə adına Naxçıvan şəhər “Xanım Qızlar Pansionu”na keçirilmiş, 1997-ci ildə oranı fərqlənmə attestatı ilə bitirmişdir.

1997-ci ildə Azərbaycan Dillər Universitetinin “Region­şünaslıq” fakültəsinə daxil olmuş, 2001-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildə Azərbaycan Dillər Universitetinin Magistra­tura şöbəsinin “Dilşünaslıq” ixtisasına daxil olmuş, 2003-cü ildə oranı da fərqlənmə diplomu ilə bitirmişdir. Magistraturada təhsil aldığı illərdə Azərbaycan Dillər Universitetinin “Dil tarixi”  kafedrasında baş laborant, 0,5 ştat müəllim kimi çalışmışdir.

2005-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Xarici dillər” (indiki Xarici Dillər Mərkəzi)  kafedrasının müəl­limidir. 2008-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universite­tində 1002.19- “Dil Nəzəriyyəsi” ixtisası üzrə dissertant olmuş, 2009-cu ildə kafedrada baş müəllim vəzifəsinə təyin olun­muşdur. 2011-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitu­tunda filologiya üzrə fəlsəfə dokrotu elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmiş,  2012-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2016-ci ildən ADPU-nun “İn-gilis dili və onun tədrisi metodikası” (Xarici Dillər Mərkəzi)  kafedrasının dosentidir. 2009-cu ildən 2019-cu ilə qədər  Filolo­giya fakültəsi Tədris Me­to­diki Şurasının üzvü, 2011-ci ildən Filologiya fakültəsi Elmi Şura­sının üzvüdür. 2019-cu ilin mart-oktyabr aylarında Filologiya fakültəsi TEC-nin sədri olmuş, 2019-cu ilin oktyabrından isə Xarici Dillər Mərkə­zinin müdiri­dir.

1 dərs vəsaiti, 1 metodik vəsait, 2 proqram, 13 tezis, Res­publika daxilində çıxan jurnallarda 24 məqalə, Res­publikadan kənarda 2 məqalənin müəllifidir.

Ailəlidir,  2 övladı var.

 

Beynəxalq Sertifikatları:

1.IELTS (academic)- overall band score 6, CEFR level B2

2.Teaching Knowledge Test (TKT) Module 1-band 3

3.Teaching Knowledge Test (TKT) Module 2-band 3

4.Teaching Knowledge Test (TKT) Module 3-band 3

5.Interactive Education in University System, IAE PARIS Sorbonne Business School