Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

ÜLVİYYƏ AĞAMİROVA
(müəllim)

Ülviyyə İslam qızı Ağamirova 21 sentyabr 1987-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2007-2011-ci illərdə Azər­bay­can Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin İngilis dili ixtisası üzrə təhsil almışdır. 2011-ci ildə Gəncə Dövlət Universitetinin Dilşünaslıq fakültəsinin İngilis dili ixtisa­sının magistratura şöbəsinə qəbul olmuşdur. 2013-cü ildə fərq­lənmə diplomu ilə həmin universiteti bitirmişdir. 2013-2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin İngilis dili və onun tədrisi metodikası kafedrasında bir neçə fənlərdən dərs demişdir. 2016-cı ildən 2018-ci ilədək Azərbaycan Dövlət Pedaqoji Universitetinin İngilis dili kafed­rasında saathesabı müəllim kimi fəaliyyət göstərərək Məktəbə­qədərtəhsil fakültəsində ingilis dili fənnindən dərs  demişdir.

2018-2019-cu illərdə Azərbaycan Tibb Universitetinin Xarici Dillər kafedrasında saathesabımüəllim kimi fəaliyyət göstərmişdir. 2018-ci ildən ADPU-nun İngilis dili kafedrasının (indiki Xarici Dillər Mərkəzi) tam ştat müəllimidir. O, respub­likadaxili 10 məqalənin  müəllifidir.

Beynəlxalq Sertifikatlar

1.Teaching Knowledge Test (TKT) Module 1; BAND 3

2.Teaching Knowledge Test (TKT) Module  2; BAND 3