Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

ÜLKƏR BAXŞIYEVA
(filologiya üzrə fəlsəfə doktoru)

Ülkər Elman qızı Baxşiyeva 1988-ci ildə  Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 2004-cü ildə Azərbaycan Döv­lət Pedaqoji Universitetininin filologiya fakültəsinə daxil olmuş, 2008-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Universitetdə təhsil aldığı müddətdə “Nizami Gən­cəvi” adlı təqaüdünə layiq görülmüşdür. 2008-2010-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetininin Azərbay­can ədəbiyyatı ixtisası üzrə əyani magistraturasında təhsil almışdır. 2014-cü ildə ADPU-da Azərbaycan ədəbiyyatı üzrə əyani doktoranturaya daxil olmuşdur. 2017-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi al­mışdır. 2018-ci ildə AMEAakad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitu­tunun Türk filologiyası şöbəsinə  elmi işçi vəzifəsinə təyin edil­miş­dir. Elmi nəticələri nəzərə alınaraq 2019-cu ilin mart ayından böyük elmi işçi  və­zifəsinə keçirilmişdir. 2018-ci ildə AMEA Rəyasət Heyətinin Ümum­milli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə gənc alimlər üçün elan olunmuş müsabiqənin, 2019-cu ildə “Gənc qadın elmdə” müsa­biqəsinin  qalibi olmuşdur.

Respublikada 30, xaricdə  9 elmi məqaləsi (Türkiyə, Ukray­na, Mon­­­qolustan) çap olunmuşdur. Ədəbiyyatın tədrisi texnologiyası kafed­rasının  müəllimidir.

Ailəlidir, 2 övladı  var.