Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

ULDUZ QƏHRƏMANOVA
(filologiya üzrə fəlsəfə doktoru, müəllim)

Ulduz Fərhad qızı Qəhrəmanova 1982-ci il noyabrın 9-da Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə Bakı şəhəri Binəqədi rayonu  283 saylı  orta məktəbi bitirmış, 2001-ci ildə II kurs tələbəsi olarkən, Azərbaycan Dövlət Pedaqoji Universi­tetinin 80-ci ildönümü müna­sibətilə 15-17 mayda keçirilmiş “TEC-62” elmi konfransında I yeri tut­muş və diplomla təltif olunmuşdur. 1999-2003-cü illərdə ADPU-nun  Fi­lol­ogiya  fakul­təsinin bakalavr pilləsini, 2003-2005-ci illərdə magisrta­tura pilləsini fərqlənmə diplomları ilə bitirmiş, 2007-2011-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Müasir Azər­baycan dili” və “Dünya ədəbiyyatı” kafedralaında  böyük labo-rant vəzifəsində çalış­mışdır.  2009-cu ildən ADPU-nun “Azər­bay­can ədəbiyyatı” ixtisası üzrə dissertantura şöbəsinə qəbul olmuşdur.

2015-ci ildə “M.Ə.Sabir və klassik irs” mövzusunda filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə et­miş­dir. 2015-ci ildən “Dünya ədəbiyyatı” kafedrasında müəllim vəzifəsində çalışır.

2018-ci ildə filologiya üzrə fəlsəfə doktoru adını almış, 30 elmi məqalənin müəllifidir.

Bir övladı  var .