Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Tarixi Gün

 

SEVDA ABBASOVA
(pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının müdiri )

Azərbaycan xalqı   30 il ərzində işğalda olan   torpaqlarını azad etdi və qələbə çaldı. Bütün xalq böyük iradə, birlik, həmrəylik nümayiş etdirdilər.  Biz bunu çoxdan gözləyirdik və inanırdıq ki, bu gün  mütləq gələcək. Bu qələbə Ali Baş Komandanın  ağıllı siyasəti, qətiyyəti və   hərbçilərimizin  hünəri, xalqımızın birliyi  sayəsində əldə edildi. Xalq dəmir yumruq kimi  birləşdi. Bu birlik də bizə qələbə sevincini yaşatdı. Bu parad  qələbəmizin  möhtəşəmliyinin,  xalqımızın həmrəyliyinin sübutudur. Paradı  hər kəs səbirsizliklə gözləyir və qürur hissi  ilə  izləyəcək. Bu tarixi günü yaşadığımız üçün  dövlət başçımıza, Azərbaycan ordusuna və qardaş türk  millətinə minnətdarıq.