Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

TAMAM MEHRABOVA
(pedaqogika üzrə fəlsəfə doktoru, dosent)

Tamam Allahverdi qızı Mehrabova 1980-ci il 9 mayda Bakı şəhə­rində anadan olmuşdur. 1996-cı ildə Bakı şəhəri Suraxanı rayonu 275 saylı orta məktəbi bitirmişdir. 2000-ci ildə ADPU-nun Filologiya fakül­təsini bitirmişdir. 2000-2002-ci illərdə ADPU-nun Filologiya fakültə­sinin “Azərbaycan dilçiliyi” kafedrasında “Dilşünaslıq” ixtisası üzrə ma­gistr təhsili almışdır.

2002-2012-ci illərdə ADPU-nun Filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən “Dədə Qorqud” elmi-tədqiqat laboratoriyasının “Onomastika-Etimologiya-Dialektologiya” bölmə­sində kiçik elmi işçi, 2012-ci ildən ADPU-nun Filologiya fakültəsinin “Azərbaycan dili və onun tədrisi metodikası” kafedrasında baş müəllimdir.Filologiya üzrə fəlsəfə doktoru, dosentdir. O, 3 kitabın, 10 elmi məqalənin müəllifidir.