Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

TƏYYAR CAVADOV
(filologiya elmləri doktoru, professor)

Təyyar Salam oğlu Cavadov 1960-cı ildə Sabirabad rayo­nunun Mürsəlli kəndində anadan olmuşdur. 1977-ci ildə Sabira­bad rayonu Ulacalı kənd orta məktəbini bitirmiş, həmin ildə V.İ.Lenin adına APİ-nin (indiki ADPU) Filologiya fakültə­sinə daxil olmuşdur.

1981-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmiş, təyi­natla Sabirabad rayonuna ixtisası üzrə müəllim göndəril­mişdir. 1982-ci ildən Sabirabad rayonu Qalaqayın kənd orta məktəbində direktor müavini vəzifəsində çalışmışdır.

1984-cü ildə V.İ.Lenin adına APİ-nin Azərbaycan ədəbiyyatı ixtisası üzrə aspiranturasına (qiyabi) daxil olmuş, 1988-ci ildə oranı bitirmişdir. Elə həmin ildə “XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan uşaq poeziyası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.1985-ci ildən 1991-ci ilədək Sabirabad rayonu Mürsəlli kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 1991-ci ildən ADPU-da baş laborant, kiçik elmi işçi vəzifələrində çalışmış, 1996-cı ildən Müasir Azərbaycan və dünya ədəbiyyatı kafed­rasında müəllim vəzifəsinə təyin edilmişdir.1998-ci ildən Müasir Azərbaycan və dünya ədəbiyyatı, 2003-cü ildən isə Azərbaycan və dünya ədəbiyyatı kafedrasında dosent vəzifə­sində çalışmış, 2007-ci ildə “80-ci illər Azərbaycan romanı: janr təkamülü” mövzüsunda doktorluq disser­tasiyası müdafiə etmişdir. AYB-nın üzvü, filologiya üzrə elmlər  dokto­ru, profes­sordur. 2014-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın Filologiya üzrə Ekspert Şurasının sədri olmuş, hazırda bu şuranın üzvüdür. 2014-2015-ci illərdə Bakı Qızlar Universite­tinin prorektoru (elmi işlər üzrə) işləmişdir. 2013-cü il Prezident təqaüdçüsü­dür. Uzun illər“Kredo”qəzetinin redaksiya  heyətinin üzvü, BQU-nun “Elmi əsərləri”ninməsul redaktoru olmuşdur.

“Ən yeni Azərbaycan    ədəbiyyatı    məsələləri”    (2008), “Tarixi və çağdaş ədəbi prosesə dair araşdırmalar”(2009), “İsmayıl Şıxlının bədii nəsri” (2014), “M.Ə.Sabirin milli intibah idealı” (2015), “Qarlı aşırım”dan keçən yollar” (2016), “Azər­baycan ədəbiyyatı: mübahisələr, həqiqətlər” (2016)  monoq­rafiya­larının,“Ədəbi tənqid tarixinə dair portret-oçerklər” (2011, 2013),“Müasir Azərbaycanədəbiyyatı” (2012) adlı dərs vəsaitlə­rinin, «Azərbaycan ədəbiyyatının müasir problem­ləri»ndən bəhs­dən elmi-nəzəri və ədəbi-tənqidi məqalələr toplusunun (2014),150-dən artıq elmi məqalənin müəllifi, “Azərbaycan kla­ssik uşaq ədəbiyyatı antologi­yası”,“Ömrü şərəflə yaşayan­da”(Y.Babayevlə birlikdə) kitablarının,“Ən yeni Azərbaycan ədəbiyyatı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Ədəbi tənqid tarixi” fənlərinə dair tədris proqramlarının tərtibçisidir. Bir sıra beynəlxalq elmi konfransların iştirakçısıdır. 16 kitabın və 250-dən artıq məqalə müəllifidir. Elmi məqalələri Rusiya, Türkiyə və b. xarici ölkə­lərdə çap olunmuşdur.