Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

TƏRLAN NOVRUZOV
(filologiya elmləri doktoru, professor)

Tərlan Cabbar oğlu Novruzov 1947-ci il 20 yanvarda  Yardımlıda anadan olmuşdur. 1963-cü ildə Yardımlı  rayonunun M.F.Axundov adına orta məktəbini bitirmişdir. O, 1964-1969-cu illərdə ADPU-nun (keçmiş APİ) Filologiya fakültəsini “M.F.Axundov” və “Lenin” təqaüdləri və fərqlənmə diplomu ilə oxuyub bitirmişdir. Təyinatla universitetdə müəllim saxlanılıb. 1983-cü ildə filologiya üzrə elmlərinamizədi, 1991-ci ildə dosent, 1992-ci ildə filologiya elmləri doktoru, 1993-cü ildə professor elmi adını alıb.

2015-ci ilin 10 oktyabrına kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Dünya ədəbiyyatı” kafedrasının müdiri olub. YAP-ın veteranıdır. Sabirşünas kimi Azərbaycan Yazıçılar birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatıdır. “Tərəqqi” medalı ilə təltif olunub. 2015-ci ildə Təhsil Nazir­liyinin “Fəxri Fərman”ını alıb. “Əməkdar müəllim”dir. Üç dəfə universitetdə “İlin alimi” müsabiqəsinin qalibi olub. Qədim Şərq, yunan, Roma, orta əsrlər Avropa və Amerika ədəbiy­yatlarını, klassik və müasir Azərbaycan ədəbiyyatını tədqiq və tədris edir. Sabir irsinin fasiləsiz tədqiqatçısıdır.“Dünya ədəbiy­yatı tarixi” (Qədim dövr və orta əsrlər), “H.Əliyev və ədəbiyyat məsələləri”, “Ədəbi proses” və digər fənlərdən dərs aparır.