Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

TƏRANƏ NAĞIYEVA
(filologiya üzrə fəlsəfə doktoru, baş müəllim)

Təranə Adil qızı Nağıyeva  30 iyul 1979-cu il tarixdə Lənkəran şəhər  Kirov qəsəbəsində anadan olub. Tam orta təhsilini 1985-1996-cı illərdə Lənkəran şəhər   R.Qurbanov adına İstisu qəsəbə orta məktəbində  alıb. 1996-cı ildə Lənkəran Dövlət Universitetinin  Filologiya fakültəsinə qəbul olmuş, 2001-ci ildə oranı bitirmişdir. 2001-2003-cü illərdə  Lənkə­ran Dövlət Universitetinin  Magistratura şöbəsində  Dilşünaslıq istiqa­məti üzrə magistr təhsili almışdır. 2004-2007-ci illərdə Lənkəran Dövlət Universitetinin  Dil nəzəriyyəsi istiqaməti üzrə əyani aspirantı olmuş, prof. M.Ə.Mahmudovun rəhbərliyi ilə “Azərbaycan və talış dillərində frazeoloji birləşmələr” mövzu-sunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir. 1998-2003-cü illərdə Lənkəran şəhər R.Qurbanov adına İstisu qəsəbə orta məktəbində  ixtisası üzrə müəllim işləyib. Ailə qurmağı ilə əlaqədar 2003-2011-ci illərdə Şirvan şəhər 3 saylı tam orta məktəbində pedaqoji fəaliyyətini davam etdirib. 2016-cı il tarixdən ADPU-nun “Azərbaycan dilçiliyi” kafedrasında baş müəllim kimi fəaliyyətə başlayıb. 2 monoqrafiya və Res­publika daxilində çıxan jurnal­lar­da 30 məqalə, 5 tezis, Respub­likadan kənar 4 məqalənin müəllifidir.

Ailəlidir. İki övladı var.