Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

TƏRANƏ ƏZİMOVA
(filologiya  üzrə fəlsəfə doktoru, dosent)

Əzimova Təranə Məhəmməd qızı 1965-ci il sentyabrın 17-də Bakı şəhərində ziyalı ailəsində doğulmuşdur. 1972-82-ci illərdə Bakı şəhərin­dəki 247 saylı məktəbdə orta təhsil almış­dır.1982-ci ildə BDU-nun filologiya fakültəsinə daxil olub, 1987-ci ildə bu ali məktəbi bitirmişdir. Tələbəlik illərində mətbuatda və elmi konfraslarda çıxışlar etmişdir.

1989-cu ildə ADPU-nun “Azərbaycan və dünya ədəbiyyatı tarixi” kafedrasında baş laborant vəzifəsində işə qəbul olunmuşdur.

2001-ci ildə kafedrada müəllim, 2009-cu ildə baş müəllim, hazırda isə dosent vəzifəsində çalışır.

2009-cu ildə “Anar dramaturgiyasında psixologizm” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib filologiya üzrə fəlsəfə doktoru adı almışdır.

2014-cü ildə “Anar dramaturgiyasında psixologizm” adlı kitabı, 2016-cı ildə həmmüəliflə birlikdə Müasir Azərbaycan ədəbiyyatı tarixi (İ.Əfəndiyev, Elçin, Anar yaradıcılığında psixologizm problemi) adlı metodik vəsasiti çap olunmuşdur.

20 məqalə müəllifidir.

“Azərbaycan ədəbiyyatı tarixi (müasir dövr)”, “Azərbay­can ədəbiy­yatı (ingilis)”, “Müasir ədəbi proses (ən yeni mərhələ), Dünya ədəbiyyatı (Türk və Şərq xalqları) fənlərini tədris edir.

Ailəlidir, iki övladı var. YAP-ın üzvüdür.