Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

TƏNZİLƏ ƏLİYEVA
(filologiya üzrə fəlsəfə doktoru, dosent)

Tənzilə Səttar qızı Əliyeva 1954-cü ildə Bakının Bilgəh qəsə­bəsində anadan olmuşdur. 1971-ci ildə C.Cabbarlı adına 187 saylı orta məktəbi, 1976-cı ildə ADPU-nun (keçmiş V.İ.Lenin adına APİ) filolo­giya fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə 1976-cı ildə ADPU-nun nəzdində təşkil edilmiş  orta məktəb direktorlarının ixtisasartırma fakültəsində metodist kimi başlamışdır.  1990-cı ildən Ədəbiyyat və onun tədrisi metodikası kafed­ra­sında baş laborant, 2000-ci ildən hə­min kafedrada müəllim, 2007-ci ildən  baş müəllim vəzifəsində çalışır.

2009-cu ildə “Teymur Elçin və uşaq ədəbiyyatı” mövzu­sunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.

Xaricdə 3, respublikada 32elmi məqalənin, 3 fənn proq­ra­mının müəllifidir. 2017-ci ildə “Azərbaycan uşaq ədəbiyyatı: Teymur Elçin” adlı  dərs vəsaiti nəşr olunmuşdur.

Ailəlidir, 1 oğlu, 1 qızı var.