Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya Fakültəsi​

SVETLANA MƏMMƏDOVA
(filologiya üzrə fəlsəfə doktoru, dosent)

Svetlana Nəsib qızı Məmmədova 1948-cu il oktyabrın 29-da Fizuli rayonunda anadan olub.1967-cı ildə Bakı şəhəri, 18 saylı orta məktəbi bitirib.1973-cü ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu ingilis dili ixtisası üzrə tam kursu bitirib.1975-ci ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun nəzdində xarici dilləri öyrənən ikiillik kursu bitirib (fars dili ixtisası üzrə)1974-cü illərdə Azərbaycan Bakı Soyuzvodo­kanalproekt İnstitu­tunda  tərcüməçi olmuşdur. 1999-cu ildə filologiya elmlər namizədi alim­lik dərəcəsi alıb. 2001-2009-cu illərdə Azərbaycan Müəl­lim­lər İnstitu­tunda Xarici dillər kafedrasının müdiri, 2004-2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunda Xarici dillər kafed­rasının dosenti, 2016-cı ildən ADPU-nun İngilis dili ka­fedra­sının (indiki Xarici Dillər Mərkəzinin) dosentidir. S.Məm­mədova 1 monoqrafiya, 3 metodik vəsait, 2 dərs vəsaiti, respub­lika daxilində 47, respublikadan xaricdə 2 məqalənin və 6 proqramın  müəllifidir.

Ailəlidir, 2 qızı var.

Beynəlxalq Sertifikatlar:

  1. The International Center for Transcultural Education in the Depart­ment of Education Policy and Leadership. University of Maryland. Spring 2003